C. Sen 20th, 2019

Türkiyə ilə sərhəddə YENİ DÖVLƏT YARADILIR? – Konsuldan İLGİNC AÇIQLAMALAR

Fəratın şərqində Türkiyə və ABŞ hərbçilərinin ilk dəfə birlikdə patrul xidmətini həyata keçirməsi müsbət haldır, amma narahatlıq doğuran məqamlar da var.

Bunu türkiyəli keçmiş baş konsul Uluç Özülkər deyib.

“Mənim bu məsələ ilə bağlı 3 tərəddüdüm var. Birincisi, ABŞ Türkiyənin müttəfiqidir, lakin PKK/YPG-yə dəstək verir. Bu, sərhədimizdə yeni bir dövlətin yaradılması ilə bağlı narahatlığımızı artırır. İkincisi, Vaşinqton bizimlə də danışıqlar aparır, sözügedən terror təşkilatları ilə də. Üçüncüsü isə ABŞ və Rusiyanın Suriyadakı münasibətidir. Bu iki böyük dövlət düşmən kimi görünsələr də, Suriya məsələsində bir-birilərinə toxunmamağa çalışırlar. Bu məqamlara diqqət yetirməliyik”, – o bildirib. (axar.az)

Paylaş: