Be. Sen 16th, 2019

1317 il öncə qayaya həkk olunmuş, Qiyamət günündən danışılan Quran ayəsi maraq doğurdu –FOTO

Müqəddəs Məkkə şəhəri yaxınlığında qayaya həkk edilmiş  yazılar marağa səbəb olub. 
Xarici İslam saytlarının xəbərinə görə, tarixçilər və İslam mütəxəssisləri bu yazının hicrətin 80-ci ilində  yazıldığını  və  yazıda Qurani-Kərimin “Nisa” (“Qadınlar”) surəsinin 87-ci ayəsinin əks olunduğunu müəyyən ediblər. Təəssüf ki, Allah Kitabının həmin ayəsinin  qayaya kim tərəfindən və hansı məqsədlə həkk edildiyi hələki məlum deyil. Lakin bu tapıntının dəyəri
O da maraqlıdır ki, sözügedən ayədə Qiyamət günündən bəhs edilir və deyilir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı (bir yerə), əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!..”  (moderator.az)

Paylaş: