Ça. Sen 17th, 2019

Aşura günü verilən qanlar: “İnfeksiyalar yoxlanılır, nəticələr isə …”

Xəbər verdiyimiz kimi, dünən Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları zamanı 5809 nəfər qan verib və bu şəxslərdən 2614 litr qan tədarük olunub.
Lent.az -ın suallarını cavablayan Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva bildirib ki, hazırda toplanan qanlarda infeksiyaların yoxlanılması prosesi gedir:
“Nəticələr 1 həftə ərzində məlum olacaq. Buna səbəb qan verənlərin çoxluğudur”.
Z.Əlimirzəyeva qeyd edib ki, hazırda məscidlərdə qanvermələr baş tutmasa da, proses davam edir:
“Qan vermək istəyənlər Kərbala şəhidlərinin 40 mərasiminə, yəni oktyabrın ayının 7-dək Bakıdakı Mərkəzi Qan Bankında, həmçinin rayonlardakı bölmələrdə olan qan banklarında qan verə bilərlər.
Bundan başqa, bizə Aşuradan əvvəl də müxtəlif təşkilatlar qanvermə aksiyaları təşkil etmək üçün müraciət etmişdi. Onlardan xahiş etdik ki, bu, Aşuradan sonra baş tutsun. Məsələn, bəzi yerlərdə adamlar çox olur və ora gedib qanvermə aksiyası təşkil edirik”.

Paylaş: