Be. Noy 18th, 2019

“Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” layihəsi çərçivəsində tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Sağlam Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bələdiyyə seçkilərində qadınların fəallığının artırılması” adlı layihəsinin icrası çərçivəsində Bərdə rayonunda tədbiri  həyata keçirildi.

Bərdə rayonu müvafiq bələdiyyə orqanlarının nümayəndələri tədbirlərin təşkil olunmasına fəal iştirak etmiş və tədbir iştirakçılarının müəyyən olunmasına öz dəstəyini vermişlər.

Tədbirlər çərçivəsində bələdiyyə seçkiləri barəsində qanunvericilik və onun yaratdığı imkanlar, bələdiyyə seçkilərinin əsasları, bələdiyyə seçkilərində qadınların fəallığının artırılması üçün vacib hesab edilən komponentlər və onların rolu, bələdiyyə seçkilərində qadınların fəallığının problemləri və problemlərin aradan qaldırılması üçün tövsiyyələr barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

 

 

Paylaş: