Ca. Noy 14th, 2019

Bakıda Qazaxıstanın Prezidentinin Müraciəti müzakirə olunub – FOTOLAR

Qazaxıstanın Azərbaycandakı Səfirliyində Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin “Konstruktiv ictimai dialoq – Qazaxıstanın stabilliyinin və çiçəklənməsinin  əsası” adlı Müraciətinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

Turkustan.info xəbər verir ki, tədbirdə ekspertlər, elmi, işgüzar dairələrin nümayəndələri, aparıcı media təmsilçiləri, Heydər Əliyev adına “Azərbaycan-Qazaxıstan” Respublika Dostluq Cəmiyyətinin fəalları, həmçinin Qazaxıstanın “Dostları Klubu” üzvləri iştirak ediblər.

Tədbiri açan Müvəqqəti İşlər Vəkili Darxan Kuşerbayev Müraciətin əsas məzmunu, dövlət başçısının irəli sürdüyü prioritetlər və vəzifələr, Qazaxıstanın gələcək inkişafı təşəbbüsləri barədə ətraflı məlumat verdi. O, Qazaxıstan vətəndaşlarının rifahının yaxşılaşdırılmasına, ictimai-siyasi dəyişikliklərə, milli iqtisadiyyatın davamlı inkişafına, ölkədə sülhün və əmin-amanlığın qorunub saxlanmasına yönəlmiş vəzifələrin Qazaxıstan Birinci Prezidenti – Elbası N.A.Nazarbayevin strateji kursunun həyata keçirilməsinin davamı olduğunu vurğuladı.

D.Kuşerbaev iştirakçıların diqqətini “Dinləyən Dövlət” – hökumət və vətəndaş cəmiyyəti arasında effektiv dialoq mexanizminin yaradılması konsepsiyasına yönəltdi.

“Simurq” assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri, akademik Fuad Məmmədov müxtəlif ölkələr arasında paralelləri apararaq qeyd edib ki,  K.Tokayevin Müraciəti institusional problemlərin həlli istiqamətində düzgün və sistematik yanaşmadır.

Bakı Slavyan Universitetinin professoru Nizami Məmmədov isə ki, Qazaxıstan xalqına Müraciətinin gələcək illər üçün əhatəli bir plan olduğunu və yalnız siyasətə deyil, mədəniyyətin, sosial inkişafın və təhsilin inkişafına da aid olduğunu qeyd edib. O, Qazaxıstanın dinamik inkişafının Azərbaycanla bütün sahələrdə ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verdiyini vurğulayıb.

Öz növbəsində, Azərbaycanın aparıcı qəzetlərindən olan “Kaspi” qəzetinin baş redaktorunun müavini Əli Seyidov bildirib ki, Müraciətinin əsas məqamlarının həyata keçirilməsi Qazaxıstanı ön sıralara çıxaracaq, ölkəni dünyanın 30 inkişaf etmiş dövlətlər sırasına daxil olmaq strateji hədəfinə yaxınlaşdıracaq.

Sonda, dəyirmi masanın iştirakçıları belə bir qənaətə gəldilər ki, Müraciət Qazaxıstan vətəndaşlarının həyat keyfiyyətinin yaxşılaşdırılmasına və qeyri-sabit iqtisadi şəraitdə sosial rifahın yüksəldilməsinə yönəldilmiş hərtərəfli fəaliyyət planıdır. Ümumiyyətlə, iştirakçılar Qazaxıstanda həyata keçirilən sistem dəyişikliklərinin səmərəliliyini və ardıcıllığını qeyd edərək Müraciətin məzmununu yüksək qiymətləndirdilər.

Paylaş: