27 May 2020 11:03

Bakıda borclunu oğurlayıb işgəncə verən kriminal dəstənin üzvü İrəvanda medal qazanıbmış

Bakıda borclu olan şəxsi oğurlayan, işgəncə verən və pul tələb edən kriminal dəstənin üzvlərindən birinin kimliyi müəyyənləşib.

Turkustan.info oxu.az-a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Sumqayıt sakini Fəqan Eminoğlu cüdo millimizin sabiq üzvüdür.

O, 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda keçirilmiş cüdo üzrə gənclərin Avropa çempionatında medal qazanan beş idmançımızdan biri olub. O, düz 10 il əvvəl (sentyabrın 11-də) həmin yarışda bürünc medal qazanıb.

Qeyd edək ki, həmin yarışda hazırda böyüklərdən ibarət cüdo millimizin üzvü olan Elmar Qasımov düşmən ölkədə qızıl medal qazanaraq Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib.

 

Paylaş:

mersin escort bayan mersin escort rokettube sex hikayeleri