Ça. Sen 17th, 2019

Bakıda polis kapitanı bıçaqlandı

Bakının Nərimanov rayonunda polis əməkdaşına hücum olub.

Turkustan.info xəbər verir ki, bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

İnsident oktyabrın 9-dan 10-a keçən gecə Təbriz küçəsində, 54 nömrəli evin qarşısında baş verib.

1972-ci il təvəllüdlü Rövşən İsrafil oğlu Hüseynov sahə müvəkkili, polis kapitanı, 1982-ci il təvəllüdlü Babək Məhəmmədəli oğlu Abbasova bıçaqla hücum edib. Nəticədə asayiş keşikçisi qolundan üç bıçaq yarası alıb.  

Rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət) üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.   /Modern.az/

Paylaş: