Ça. Dek 10th, 2019

Gürcüstanda daha bir milyarder partiyaya yaradır – İvanaşviliyə ciddi rəqib gəlir

Bu gün Gürcüstanda varlı biznesmenlərdən olan Mamuka Xazaradzenin yeni yaratdığı ictimai hərəkatın “Lelo”-nun təqdimatı keçirilib. Təqdimat Xazaradzenin şirkətinin strateji layihə həyata keçirdiyi Anakliada kreativ formada baş tutub.

Bu hadisə və onun Gürcüstan cəmiyyətinə təsiri barədə analitik açıqlamasını paylaşan siyasi şərhçi Şahin Cəfərli qeyd edib ki, “Bu hərəkat qısa müddətdə siyasi partiyaya çevriləcək və qələbə iddiası ilə 2020-ci il parlament seçkilərinə qatılacaq. Xazaradze Gürcüstan cəmiyyətində artan narazılıq fonunda İvanişvili üçün real təhlükədir, məhz bu səbəblə onun və ortağı Badri Caparidzenin barəsində “çirkli pulların yuyulması” ittihamı ilə cinayət işi açılıb”.

Xazaradzenin ictimai təşkilat yaratmasına və digər müxalifət təşkilatları ilə ittifaqa girmə ehtimallarına görə Gürcüstanda ikili (ya İvanaşvili, ya Saakaşvili) siyasi sistemə qarşı olan bu təşkilatlanmanın nəticəsində növbəti seçkilərdə Gürcüstanda hakimiyyət dəyişikliyinin baş verəcəyini bildirən Şahin Cəfərli bu dəyişikliyin Qərb ölkələrinin də marağında olduğunu bildirib. Xatırladaq ki, İvanaşvili Gürcüstanda hakimiyyətin faktiki sahibi sayılmaqla artıq 3-cü dönəminə doğru gedir. İndiyə qədər Şvarnadze daxil olmaqla, Gürcüstanda heç kim 3-cü dönəm hakimiyyətdə qala bilməyib.

Paylaş: