Ça. Sen 17th, 2019

İlhamsevərlər qrupu mübarizəni daha qətiyyətlə aparacaq

Son zamanlar Azərbaycanın sürətli inkişafını, ölkə Prezidentinin qətiyyətli addımlarını,  aparılan sosial siyasəti, xalqla dövlətin birliyini gözü götürməyənlərin “fəallığı” göz qabağındadır. Qucaqdan-qucağa atılan bu tip adamlar nədənsə ölkədə nə varsa hamısını qara görür, ciddi cəhdlə əhalidə çaşqınlıq yaratmağa çalışırlar. Doğrudur, bunlar əqidəli və dürüst adamları çaşdıra bilmir. Dövlətin ağır sınaqlardan çıxaraq bu günkü inkişafını qərəzsiz təhlil edənlər, iqtisadi qüdrətin bütün sahələri əhatə etdiyi anlayır və sabah bundan da yaxşı olacağına inanır.

Amma bizdə “milçək mundar deyil, könül bulandırır” deyimi də var. Bəs biz bütöv bir millət olaraq buna necə reaksiya veririk? Atılan böhtanlara, yayılan videolara, şantaj və təhqirlərə cavab verə bilirikmi?

Əslində təhlillər bu barədə susqunluğun olduğunu, bir mövqesizlik nümayiş etdirildiyini təsdiqləyir. Bəla burasındadır ki, dövlətin səlahiyyət verdiyi məmurlar, kifayət qədər geniş imkana malik qurumlar susmağa üstünlük verir. Sanki onlar gücün kimin tərəfində olduğunu dəqiqləşdirmək istəyirlər. Gücün isə kimin tərəfində olduğu tam aydınlığı ilə ortadadır. Xalqından güc alan dövlətə bu cür sərsəm fikirlərlə çamır atmaq qətiyyən mümkün deyil. Yəni, bu həqiqət az əvvəl dediyimiz adamlara, qrumlara çatmırmı? Çatmırsa və ya belədirsə bu daha pis. Səlahiyyətlilər susur, qrumlar hərəkətə keçmir, təbliğat aparılmır, həqiqətlər faktların dili ilə açıqlanmır. Axı deyiləsi çox böyük işlər var və onlar tək özümüzə deyil, dünya əhalisinə də çatdırılmalıdır.

İndi elə bir vəziyyət yaranıb ki, hərə bir internet televiziyası yaradıb, şəxsi səhifə açıb və başlayıb öz ağlının “məhsulunu” ortalığa tökməyə. Açılan internet televiziyasının da hamısı səlayiyyət sahibləri dediyimiz məmurların vəsaiti hesabına texniki imkana sahiblənir və fəaliyyət göstərir. Bu isə qəttiyən ola bilməz. Dövlətin pulunu tala, verilən səlahiyyəti tam öz mənafeyinə yönəlt, sonra da bir intenet TV açıb söy bu dövləti gecə də, gündüz də hə? Yox cənablar. Bu belə deyil. Dövlətin sərt üzündən hələ xəbərsizsiniz. Bu sərt üz sizə göstəriləndə  pərən-pərən düşəcəksiniz.

Mövcud narahatlığın içərisində bir fikri də demək yerinə düşər. Yəni, söz və təbliğat meydanında kifayət qədər nüfuzlu qruplar da var və onların əqidəsi, məsləki dəyişməzdir, hədəfləri isə dövlətin və onun Prezidentinin mənafeyini müdafiə etmək, haqqsız danışanların cavabını verib susdurmaqdır. Görülən işlər də göz qabağındadır. Bu mənada İlhamsevərlər qrupu çoxlarına örnəkdir. Könüllülük əsasında cəmləşən qrup üzvlərinin isə məqsədi Prezidentinin yanında olmaq, yönələn sərsəm fikirlərin, deyilən təhqirlərin cavabını vermək, dövləti yolunda lazım gələrsə ölümə belə getməkdən çəkinməməkdir. Açıq desəm, indi bu cür düşünənlər müəyyən dairələrdə birmənalı qəbul edilmir, əksinə sıxışdırılır. Bunlarla tez-tez qarşılaşan qrup üzvüləri qətiyyən susmur, daha cəsarətlə dövlətinin və Prezidentinin müdafiəsində dayanırlar.

İlhamsevərlər qrupu rəhmətlik Mirbayram müəllimin, Mirfaiq və Mirisa müəllimim cəsarəti və qətiyyəti hesabına yaranıb, təzyiq və təqiblərdən qorxmadan formalaşıb. Bura kimsə xüsusi olaraq dəvət edilməyib. Qrupa adamlar yığmaq üçün gecəli-gündüzlü təbliğat da aparılmayıb. Adını çəkdiyim bu ziyalıların sosial şəbəkələrdə paylaşdığı fikirlər ürəyimizdən xəbər verib və biz, bu günün qrup üzvləri, həmin fikirləri bəyənmişik, onlara rəy bildirmişik, nəticədə sayımız artıb və böyük bir qüvvə yaranıb.

Yaradıcılardan biri olan Mirisa Heydərov qrupla bağlı fikirlərini belə ifadə edir.

-İlhamsevərlər qrupu əqidəsi, mökkəm, saf, vətənpərvər, öz Prezidentinə sadiq insanların birliyidir və bu birlik sarsılmaz, qorxmaz və dönməzdir. Bu gün qrupun fəaliyyəti və cəsarətli fikirləri çoxlarının kürkünə birə salıb. Bizə qarşı təqiblər, təzyiqlər də az deyil. Amma biz yolumuzdan dönməyəcəyik, son nəfəsimizədək Ulu öndərin ideyalarının təbliğatçısı, cənab Prezidentin müdafiəçisi olacağıq. Önəmli bir də odur ki, artıq sayımız 15 mini keçib. Üzvlərimiz isə cəmiyyətin bütün təbəqəsini əhatə edir. Hər biri də cəsarətli və fikirlərini qətiyyətlə ifadə edən insanlardır.  Ancaq nədənsə vəzifədə olanlar, daha dəqiqi səlahiyyətlilər susur. Xaricdən və daxildən dövlətə yönələn media təxribatına qarşı fikir bildirmir. Bu da cəmiyyətdə birmənalı qarşılanmır. Hamı bilməlidir ki, biz cənab İlham Əliyevin əsgərləri olaraq Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyirik. Bizi bu yoldan heç kəs döndərə bilməz.

Doğrudan da İlhamsevərlər qrupu olaraq onlar prezidentə sadiqliyini dəfələrlə, özü də faktlarla deyib, bəyan ediblər. Bu əslində onların vətəndaşlıq mövqeyi, dövlət sevgisi,  ölkə Prezidentinə sədaqətidir. Artıq qrup rəhbəri Mirisa müəllimin dediyi kimi vahid bir proqramla təbliğatı genişləndirlib,  aparılan islahatlara süni əngəl yaradanlara, dövlətlə xalq arasında narazılıq yaratmağa cəhd edənlərə daha kəsgin cavablar verilir. Bir də onu demək istəyirəm ki, həqiqət və haqqdan gələn inam heç vaxt birmənalı qarşılanmayıb. Qətiyyəti və mövqeyi olanlar müəyyən səlahiyyətli və pullu adamlar tərəfindən sıxışdırılıb. Bu indidə belədi. İlhamsevərlərin bir üzü, bir sözü və boyasız sevgisi var. Sədaqəti isə sonsuzdur. Belə adamlara təbii ki, meydan verilməz.

Amma bir həqiqət də var. Əminəm ki, sadiqlik və bizə qucaq açan dövlətə sədaqət qalib gələcək sonda. Biz mətin Əliyevçilər, haqq və ədalət carçılarıyıq.

Qalib Rəhimli,

İlhamsevərlər qrupunun üzvü.

Paylaş: