Ç. Dek 11th, 2019

Putin 20 il əvvəl imtina etdiyi bir qədəh arağı bu gün içdi – MARAQLI TARİXÇƏ

Vladimir Putin 20 il əvvəl verdiyi vədə əməl edib – 1999-cu ilin avqustunda Dağısatna səfəri zamanı toxunulmamış qoyduğu 1 qədəh arağı içib. 

Bu günlərdə, Şamil Basayevlə Xəttabın komandanlığı altında çeçen terrorçu dəstələrinin hücumunun qarşısının alınmasının 20-ci ildönümü ərəfəsində Dağıstanda sözügedən olay xatırlanıb.

O zaman hücumların dəf edilməsi üzrə qərargahın mətbuat mərkəzinin rəhbəri olmuş Abdulmanap Musayev bildirib ki, 20 il öncə cəmi iki gün əvvəl baş nazir əvəzi təyin edilən Vladimir Putinin Botlix rayonuna gəlişi yerli əhaliyə ruh yüksəkliyi bəxş etmişdi. Abdulmanap Musayev söhbət əsanasında Putinin hərbi generalla görüşü zamanı baş verən araq əhvalatını da xatıtrlayıb.

“Mən də çadırda idim. Putin çıxış edib, sağlıq söylədi, hamı qədəhlərini dodaqlarına yaxınlaşdırıb içməyə hazırlaşdığı an gözlənilmədən araqla dolu qədəhini masaya qoyub dedi:” Arağı isə yalnız qələbədən sonra içəcəyik”,- Musayev deyib.

Hazırda Dağıstanda səfərdə olan Putin sentyabrın 12-i özünümüdafiə dəstələri ilə görüşüb, onları salamlayıb dəvətə görə təşəkkür etdikdən sonra 20 il öncə baş verən olayı xatırlayaraq, araq dolu qədəhi birnəfəsə başına çəkib.

Görüş zamanı Rusiya prezidenti İkinci Dünya Müharibəsində, Əfqanıstanda, 1999-cu ilin avqustunda keçirilən hərbi əməliyyatlarda və digər iğtişaşlar zamanı həlak olan Boltix rayonu sakinlərinin xatirəsinə kənddə ucaldılan abidəni ziyarət etdiyini, həmçinin içilməyən 1 qədəh araq əhvalatının ona bu yay canlı yayım zamanı xatırlatdıqlarını söyləyib. Buna cavab olaraq, Dağıstana səfər edib orada badə qaldıracağına söz verdiyini bildirib.    /Sfera.az/

Paylaş: