Şb. Dek 14th, 2019

SON DƏQİQƏ: Türkiyədə dəhşətli TERROR AKTI – Çox sayda ölü və yaralı var

Türkiyənin Diyarbəkir vilayətində sərnişin avtobusu minaya düşüb.

Turkustan.info DHA agentliyinə istinadən xəbər verir ki, minanın işə düşməsi nəticəsində nəqliyyat vasitəsi idarəetmədən çıxaraq, dərəyə aşıb . Çox sayda ölü və yaralının olduğu bildirilir. Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin  vəziyyəti ağır qiymətləndirilir.

Hadisədən dərhal sonra əraziyə çox sayda xilasedici və təhlükəsizlik əməkdaşları cəlb edilib. Partlayıcı qurğunun PKK terrorçuları tərəfindən yol kənarına yerləşdirildiyi bildirilir.   /Redaktor.az/

Paylaş: