Ça. Sen 17th, 2019

“Tunay” ASC şirkətinin keçmiş işçisinin maaşı tam ödənilib

Bu gün “Tunay” ASC-nin keçmiş əməkdaşı Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Elnurə Məhyəddin qızı Əliyevanın cəmiyyətdən maaşını tam ala bilməməsi ilə bağlı məktubunu dərc etmişdik. 

Şirkətdən Turkustan.info ilə əlaqə saxlayaraq bildiriblər ki, bu gün E.Əliyeva ilə görüşülüb və onun qalan maaşı tam ödənilib.

E.Əliyeva Turkustan.info-ya açıqlamasında maaşını aldığını təsdiqləyib.

Paylaş: