Ç. Noy 20th, 2019

Vilayət Eyvazov Emin Zeynalova VƏZİFƏ VERDİ

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Xəbəri Suraxanı Rayon Polis İdraəsindən Unikal.org-a təsdiqləyiblər.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə , Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, vəzifəsindən azad edilərək Xızı RPŞ-nin rəisi təyin olunub. (aznews.az)

Paylaş: