Ça. Dek 10th, 2019

Gələn il üçün Azərbaycanın xarici dövlət borcu – 8 milyard 860 milyon dollar

Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəriciləri açıqlanıb.

Turkustan.info bildirir ki, Maliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2020-ci ilin dövlət büdcəsin xərclərinin tərkibində dövlət borcuna xidmət xərclərinin 2.458,2 mln. manat, o cümlədən faiz xərclərinin 775,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Rəsmi məlumata görə, imzalanmış kredit sazişləri çərçivəsində, 2020-ci il ərzində xarici dövlət borcu üzrə 559,4 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi (yeni borclanma) nəzərdə tutulur:

“Eyni zamanda, daxili borc üzrə 2020-ci il ərzində 100,0 milyon AZN həcmində yeni borcların cəlb edilməsi proqnozlaşdırılıb. 2020-ci ilin əvvəlinə, imzalanmış kredit sazişlərindən istifadə proqnozları nəzərə alınmaqla Azərbaycan Respublikasının xarici dövlət borcunun 8,860,0 milyon ABŞ dolları ekvivalenti, daxili dövlət borcunun isə 1, 420,0 milyon manat təşkil edəcəyi gözlənilir”.

Paylaş: