Ca. Okt 24th, 2019

Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” -VİDEO

Rusiya prezidenti Vladimir Putin dünən – sentyabrın 12-də Dağıstana səfər edib. 

Turkustan.info xəbər verir ki, Rusiya prezidentinin yemək əsnasında araq içməsi, onu müşayiət edən saqqallı, başında dini geyim – fəs olan müsəlmanlarla araq qədəhi toqquşdurması birmənalı qarşılanmayıb. Aşura günlərində İslami qaydalara ciddi riayət olunan Dağıstana səfər edərək müsəlmanlarla spirtli içki qəbul edilməsinə görə sosial şəbəkələrdə V.Putin kəskin qınağa tuş gəlib. Onun bu hərəkətini, İslam dininə, müsəlmanların hüznünə hörmətsizlik kimi qiymətləndiriblər.

Azərbaycandan isə hərbi ekspert Üzeyir Cəfərli Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadəyə müraciət edib: “Mən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxüislam Allahşükür Paşazadəyə və ümumiyyətlə Qafqazda dini işlərlə məşğul olan insanlara müraciət edirəm: öz kanallarınız vasitəsiylə Rusiya prezidentinin bütün müsəlmanlardan üzr istəməsini xahiş yox, tələb etməlisiniz. Məhərrəm ayında, özü də İmamların 3 mərasimi gününə təsadüf edən bir gündə, belə saymazyanalıq, belə təhqiramiz hərəkətə görə Putin rəsmi şəkildə üzr istəməlidir”.

 

Paylaş: