Şb. Okt 19th, 2019

Rəşad Atakişiyevin adına saxta profil açdılar – İnsanları aldadaraq pul toplayırlar

Özünü pilotun xanımı Könül Atakişiyeva kimi təqdim edərək bu yolla insanlardan pul toplayır

Sosial şəbəkələrdə mərhum pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşının adından istifadə edərək pul yığmağa çalışan şəxslər peyda olub.

Turkustan.info AYNA-ya istinadən xəbər verir ki, bu barədə R.Atakişiyevin qardaşı Nicat Atakişiyev məlumat verib.

O bildirib ki, naməlum şəxs və ya şəxslər mərhum pilotun adına səhifələr yaradır və özünü R.Atakişiyevin xanımı Könül Atakişiyeva kimi təqdim edərək bu yolla insanlardan pul toplayırlar.

N.Atakişiyev sosial şəbəkə istifadəçilərini bu cür fırıldaqçılara aldanmamağa çağırıb. Onun sözlərinə görə, həmin səhifələrin kim tərəfindən yaradıldığını araşdırmağa çalışacaqlar.

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-də MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi tapılaraq dənizdən çıxarılıb.

Pilot avqustun 21-də II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Paylaş: