Ça. Dek 10th, 2019

SON DƏQİQƏ! Qazaxda torpaq uçqunu – ÖLÜ VƏ YARALILAR VAR

Qazax rayonunda torpaq uçqunu baş verib.

Turkustan.info Report-a istinadən xəbər verir ki, hadisə Qarapapaq kəndində qeydə alınıb.

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı – 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: