Ça. Okt 22nd, 2019

Britaniyada 5 milyon dollarlıq qızıl tualet oğurlanıb

Britaniyanın Blenheim Sarayından 18 karatlıq qızıl tualet oğurlanıb. Polisin şənbə günü verdiyi məlumata görə, tualet orada nümayiş etdirilən incəsənt sərgisinin bir hissəsi idi.

5 milyondan çox dəyəri olan tualet italiyalı sənətçi Maurizio Kattelanın Londondan 60 kilometr uzaqlıqda yerləşən sarayda iki gün öncə açılan sərgisinin bir hissəsi idi.

“America” adlı tualet daha öncə Nyu Yorkun 100 mindən çox ziyarətçisinin olduğu Guggenheim Muzeyində nümayiş etdirilirdi.

Temz Valli Polisi bildirib ki, oğrular azı iki maşında gəlib və İkincü Dünya Müharibəsində ölkənin lideri olmuş Uinston Çörçilin dünyaya gəldiyi saraya səhər saat 5-dən bir az öncə daxil olaraq, tualeti oradan oğurlayıb.

Tualet binanın su sisteminə quraşdırıldığı üçün bu, binaya böyük ziyan vurub və suyun daşmasına səbəb olub” – deyə, detektiv müfəttiş Cess Milne bəyanatda bildirib.

Polis oğurluqda şübhəli bilinən 66 yaşlı bir kişini həbs etdiyini, lakin sənət əsərinin hələ tapılmadığını bildirib.

Blenheim Sarayı “qiymətli” sənət əsərinin oğurlanmasına görə mütəəssir olduğunu bildirib və sərginin bazar günü yenidən ictimaiyyətə açılacağını qeyd edib.

Vaşiqnton Post qəzeti ötən il xəbər vermişdi ki, tualet Guggenheim Muzeyində ikən prezident Donald Tramp muzeyin tulaeti müvəqqəti olaraq Ağ Evə onun şəxsi istifadəsi üçün yerləşdirmək təklifini geri çevirmişdi.  /amerikaninsesi.org/

Paylaş: