Be. Okt 14th, 2019

Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

Turkustan.info-nun xəbərinə görə, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.

Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.

Şuranın üzvləri isə aşağıdakılardır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

AMEA Naxçıvan Bölməsinin sədri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Naxçıvan Dövlət Universitetinin rektoru.   /Oxu.Az/

Paylaş: