Ça. Okt 22nd, 2019

İsveç alimi bəşəriyyəti insan əti yeməyə çağırır

Ekoloji hay-küyçülük qaranlıq bir biçim alıb və daha çox satiraya bənzəyir, amma bu, əsil həqiqətdir.

Bu isə İsveçdə baş verib.

Bir professor sentyabrın 3-4-də Stokholmda baş tutmuş və gələcəyin qidasına həsr edilmiş “Qastrosammit” forumunda “PowerPoint”də təqdimat edib və inandırıb ki, (qaranlıq, kürəsəl istiliyin viran qoyduğu) gələcəkdə iqlim dəyişikliklərinin öhdəsindən gəlmək üçün yamyamlıq ideyasını “oyatmalı” olacağıq.

Stokholm Ali İqtisadiyyat Məktəbindən davranış elmlərinin bilicisi və bazar strateqi Maqnus Syoderlund “İnsan ətindən xörək təsəvvür edə bilərsinizmi?” adlı seminarda meyidlərin murdarlanmasına qədim yasağı pozmağa və yeməkdə insan ətindən istifadəyə çağırıb.

O, hannibalizmlə bağlı mövcud olan tabunu “mühafizəkar” adlandırıb, hesab edir ki, cəmiyyətin yamyamlığa keçmək istəksizliyini bir qədər aradan qaldırmaq olacaq – sadəcə, bircə dəfə dadına baxmağa inandırmaqla. O öz baxış nöqtəsini İsveçin TV4 kanalında şərh edib. Onda deyilir ki, gələcəkdə qida qaynaqları tükənəcəyindən hətta əvvəllər ikrah təlqin edən qidaları – o cümlədən, insan ətini də yeməyə alışmaq gərəkdir.

Evdə bəslənənlərdən və həşəratlardan başlamaq daha asan olar, amma baş mövzu məhz insan əti olub. İsveç mətbuatında hətta artıq yeni termin meydana çıxıb – “insan əti sənayesi”.

Syoderlund Stokholm İqtisadiyyat Məktəbinin səhifəsindəki xülasəsində iddia edir ki, araşdırma fəaliyyəti “istehlak davranışı”, “bazar stimulyasiyası”, “loyallıq, duyğular və ədalətin qavrayışı”, “psixoloji qıcıqlar” və “mübtəlalığa keçən istehlak yanğısı” kimi mövzulara həsr olunub.

Syoderlundun fikrincə, adamları “düzgün qərar qəbul etməyə dümüsükləmək” olar. Seminar kapitalizm dönəminə xas eqozim üzündən insan ətini yemək istəksizliyini göstərərək sıradakı sualları qoyur: “İnsan eqoizmi Yer kürəsinin resurslarını səmərəli işlətməyə mane olurmu?” və “Hannibalizm gələcəyin ekoloji qərarı olarmı?” “Zed nəsli (2000-ci ildən sonra doğulanlar, yaxud “rəqəmsal insanlar”-tərc.) ərzaq çağırışlarını necə cavablandırar? İstehlakçıları düzgün qərar qəbuluna necə itələməli?” “Qastrosammit” təkcə bu sullara cavab deyil, həm də aparıcı ekspertlərlə görüş və elm dünyasından son yenilikləri vəd edir.

Syoderlund mühazirənin gedişində camaatdan soruşub ki, neçə nəfər insan ətinin dadına baxmağa hazırdır. Az əl qalxıb. Hətta qınaq səs-küyü qopub. Amma o öz çıxşından sonra müsahibədə sevinclə qeyd edib ki, qonaqların 8%-i insan ətini dadmağa razılaşıb. Onun özünün belə bir sınağa hazır olub-olmadığını soruşanda cavab verib: “Məndə bu haqda bəzi şübhələr var, amma həris retroqrad sayılmamaq üçün, heç olmasa, dadına baxmağa razıyam”.

“Gələcəyin qidası: soxulcanlar, çəyirtkələr, cırcırama, yaxud insan bədəni” adlı seminarın loqotipində qan damcıları gözə dəyir.

Nə qədər qəribə olsa da, Syoderlund yamyamlığın nəticələri haqda bir kəlmə də söyləməyib, amma bu, elmə yaxşı məlumdur.

Papua-Yeni Qvineyda 1930-cu illərə qədər tam təcriddə yaşamış fore tayfası var idi. Onlar öz ölülərini gömməyərək qidada istifadə etməyə üstünlük veriblər. Bu, kuru və ya “gülən ölüm” kimi tanınan xəstəliyin epidemiyasına gətirib. O, patogendən deyil, Milli İctimai Radiounun ifadəsinə görə, “zülalların eşilməsi”ndən törəyib ki, bu da beyinciyin zədələnməyinə səbəb olur. Alimlər bu şəkildəyişməni Cekil həkimin (Robert Lyuis Stivensonun “Cekil həkimin və mister Haydın qəribə tarixçəsi” qotik romanının personajı-tərc.) metamorfozası ilə tutuşdurublar. Kurunun son qurbanı 2009-cu ildə keçinib.

İsveçdə ictimaiyyətlə əlaqələrə sorumlu olan kəs dəhşətli iş görür. Amma, kim bilir, ola bilsin, əksinə, bu, belə bir yeni brenddir: “nuar”ın (nəhs ruhlu filmlər-tərc.) ənənəvi sərhədlərini pozmağa can atan balaca, ateizmə və siyasi nəzakətə mübtəla şimal ölkəsi.   /Strateq.az/

Paylaş: