Ça. Okt 22nd, 2019

“Təmiz sahillər” adlı aksiya keçirilib

Bu gün IDEA Ictimai Birliyi və Azərbaycan Gənclər Fondu “Təmiz sahillər” adı altında aksiya keçirib.Tələbə Gənclər Təşkilatlarının sədr, sədr müavinlari və könüllü tələbələrdən ibarət komandanın iştirakı ilə keçirilən aksiya Bilgəh sahillərində baş tutub.I.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının TGT sədr müavini, 3cü kurs tələbəsi Aydan Höccətova belə sanitar işlərin həyata keçirilməsində artıq ikinci dəfədir iştirak etdiyini bildirib: “Biz “ölü zonaya” çevrilən çirkli ərazilərdə təmizlik aparmaqla yeni nəfəs, təmiz ekoloqiya və yığılan tullantıların ikincili istehsalına köməklik göstərmiş oluruq. Gəlin yaşamaq və yaratmaq həvəsi ilə belə aksiyaların sayını artırmaqla ölkəmizi təmiz ölkələr siyahısında birinci edək! I.M.Seçenov adına Birinici Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbəsi olaraq bütün gəncləri bu cür aksiyalarda kütləvi iştirak etməyə səsləyirəm”. Xatırladaq ki, dəniz sahillərinin təmizliyi məqsədilə keçirilən təbliğat xarakterli aksiyada çox sayda könüllü iştirak edib.

Paylaş: