Ça. Okt 22nd, 2019

Türkiyə Müdafiə Nazirliyi: S-400 raket sistemlərinin ikinci hissəsinin tədarükü başa çatdı

Türkiyə, Rusiyanın S-400 zenit-raket sistemlərinin ikinci dəstəsinin bütün komponentlərini alıb. Türküstan.info xəbər verir ki, bu barədə məlumat Türkiyə Müdafiə nazirliyinin Tvitter səhifəsində paylaşılıb.

“S-400 uzun mənzilli Hava və Raketdən Müdafiə Sisteminin ikinci batareya materiallarının Ankara-ya verilməsi bu gün tamamlandı”. Hələki bu məlumatı Rusiya tərəfi təsdiqləməyib.

İki ölkə arasında imzalanan sənədlərə görə, Ankara Moskvadan 4 bölmə yenit-raket kompleksi alacaq. Rusiyadan alınan bu komlekslərin gələn ilin apreldən Türkiyə silahlı qüvvələrinin istifadəsinə veriləcəyi bildirilir. Həmin müddətə qədər Rusiya yeni kompleksin istifadə qaydaları ilə bağlıTürkiyə hərbçilərinə təlimlər keçəcəyinə söz verib. S-400 raket-zenit sisteminin ilk daşınma mərhələsi bu ilin iyulunda başa çatıb. Raket detallarının Ankaraya çatdırılması isə avqustun 29-a qədər davam etdirilib. Rusiya ilə hərbi əməkdaşlığa görə, Vaşinqton Ankaranı sanksiyalarla hədələyir. Bir müddət əvvəl isə ABŞ qırıcı-bombardmançı F-35 təyyarələrini Ankaraya göndərməkdən imtina edib. Türkiyə xarici işlər nazirli isə bəyanat verərək bildirib ki, bu (NATO) “ittifaq ruhuna uyğun deyil və bunun qanunu qüvvəsi yoxdur”.

Paylaş: