Ç. Dek 11th, 2019

“Ətraf Mühit və Mən 2” Könüllü Gənclərin Yay Məktəbi layihəsinin iştirakçıları Gürcüstanın Marneuli şəhərində ekoloji aksiyada iştirak edib

Məlumat verdiyimiz kimi 26-28 Avqust tarixlərində 2019-cu ilin Gənclər Paytaxtı – Şamaxıda “Ətraf Mühit və Mən-2” Könüllü Gənclərin Yay Məktəbi layihəsi həyata keçirilmişdi.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə”Dövlət Proqramının vəzifələrindən olan -2.1.17-ci bəndi, həmçinin Dayanıqlı İnkişaf Məqsədləri üzrə 13-cü məqsədi əsas tutaraq könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsindən bəhs edirdi.

26 avqust tarixində start götürən yay məktəbi Azərbaycanın müxtəlif rayonlarından və Gürcüstandan qoşulan 40 nəfərlik qrupla layihə müddətində ekoloji maarifləndirmə mövzusunda təlimlərdə və gün boyü müxtəlif qrup işi çalışmalarında iştirak edirdilər.

Layihənin son günündə iştirakçılar qoşulduqları ərazilər üzrə komandalara bölündülər və komanda olaraq öz fəaliyyətlərini davam etdirməyə başladılar.

Layihə iştirakçılarının növbəti fəaliyyətini Gəncə komandası “Sağlam Gəncə üçün bir gün” şüarı altında ekoloji maarifləndirmə aksiyası ilə davam etdirəcək.

Paylaş: