Ça. Okt 22nd, 2019

Azərbaycan telekanalları bu gün bağlanacaq?

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika olması haqda məlumat yayılsa da, hazırda demək olar ki, bütün kanallar yayımı davam etdirir.

Turkustan.info xəbər verir ki, AzTV, Xəzər TV, Speys TV, CBC Sport, İdman Azərbaycan, İctimai TV, ARB, Real TV və s. kimi kanallar adi qaydada fəaliyyətdədir.

Yalnız Lider TV və CBC Azərbaycanda saat 16:00-a qədər profilaktika davam edəcək.

Qeyd edək ki, 2019-ci ilin cədvəlinə əsasən, il ərzində dörd dəfə profilaktika nəzərdə tutulub ki, onun da üçüncüsü 16 sentyabrda olmalıdır.  /Axar.az/

Paylaş: