Bz. Okt 13th, 2019

“Carçı” Araşdırma Mərkəzi Osmanlı əsgərinin övladının məzarını ziyarət edib

“Carçı” Araşdırma Mərkəzi Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 101-ci ildönümü günü Son Osmanlı əsgərinin övladı Novruz Dədənin məzarını ziyarət edib.

Novruz Dədə Türk zabitlərindən birinin özü ilə Azərbaycana gətirdiyi oğludur. Sovet işğalından sonra Azərbaycanda yaşamaq məcburiyyətində qalan zabit övladı uzun, məşəqqətli ömür yaşayıb, Azərbaycanın yenidən istiqlalını görüb.

Novruz Dədənin məzarını da “Carçı” Araşdırma Mərkəzi axtarıb tapıb. Mərkəzin sədri Sərxan Carçının bildirdiyinə görə baxımsız vəziyyətdə olan məzarın qəbirüstü abidəsinin layiqli formada götürülməsi üçün başda Türkiyə səfirliyi olmaqla bir çox aidiyyatlı quruma müraciət edib. Gözlədikləri kimi ilk cavab verən də Türkiyə səfirliyi olub. Səfirliyin əməkdaşı məzarı axtarıb tapdığı üçün Carçı Araşdırma Mərkəzinə təşəkkürünü bildirib. Və ən yaxın zamanda Türkiyə dövlətinin digər türk məzarları kimi Novruz Dədənin məzarı üzərində də abidə kompleksi ucaldacagını bildirib.

Ziyarətdə tarixçi-tədqiqatçı Elmar Həsənli, jurnalist Orxan Carçı da iştirak edib. Onlar da növbəti ziyarətdə artıq bir tarixi abidə ziyarət edəcəklərinə əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, “Carçı” Araşdırma Mərkəzi zəfərin 100 illiyini də təntənəli şəkildə qeyd etmişdi. Qafqaz İslam Ordusunun şəhidlərinin məzarını axtarıb, tapıb, kitablasrdırıb, 15.09.2018-ci il tarixdə Nuri Paşanın məzarı önündə kitabın təqdimatını keçirtmişdir.

Paylaş: