Be. Okt 14th, 2019

Ermənilərin Paşinyandan sorduqları hesab

Bəxtiyar Səlimov

Ermənistanda ötən ilin mayında baş vermiş hakimiyyət dəyişikliyindən sonra işğalçı ölkə əhalisinin “məxməri inqilab”ın onların həyatını qısa müddətdə cənnətə çevirəcəyinə yönəlik ümidləri demək olar, artıq dərin bədbinliklə əvəzlənib.

Nikol Paşinyanın partiyasının hakimiyyətin bütün qollarını nəzarətinə keçirdikdən və “Qarabağ klanı”nın təsir imkanlarını neytrallaşdırdıqdan sonra artıq ölkədə dərinləşən sosial-iqtiisadi böhranın aradan qaldırılması istiqamətində gördüyü işlərin hesabatını vermək məcburiyyətindədir.

Çünki əhalinin son bir ildə Paşinyan iqtidarının sosial sferada hər hansı effektli dəyişikliklərə səbəb olacaq addımların atılmamasının səbəbləri ilə bağlı suallarına hökumət “Qarabağ klanı”nın sabotajları”nı önə çəkməklə, bəhanələr göstərirdi.

Eyni zamanda, Paşinyan Qarabağı “su yolu”na çevirərək, Xankəndində səsləndirdiyi avantürist bəyanatlarla cəmiyyətin diqqətini yayındırmaqdan qalmırdı.

Amma bu bəhanələrin, həmçinin də cəmiyyətin səbrinin həddi olur. O səbəbdən, ermənilər sosial vəziyyətlərinin düzəlməsi hökumətin real işlər görməsini qəzəbli tərzdə tələb edirlər.

Cəmiyyətin əhval-ruhiyyəsini və xalqın hökumətə etimadının sürətlə əriməsinin fərqində olan Paşinyan cavab addımı kimi, hətta iqtidar tərəfdarlarının da ironiya ilə qarşıladıqları “Ermənistan 2050” inkoşaf Konsepsiyasını təqdim edib.

Həmin “proqram” Ermənistanda qarşıdakı 30 ildə bütün sahələr üzrə inkişaf “sıçrayış”ını nəzərdə tutur. Konsepsiyada əks olunan ən fantastik müddəa isə 2050-ci ilə qədər Ermənistanda Ümumi Daxili Məhsulun (ÜDM) 15 dəfə artırılması məqsədidir.

Əlbəttə ki, bu məqsədin gerçəkləşməsi üçün hər hansı zəruri resurlara malik olmayan Ermənistanın 30 il ərzində ÜDM-ni 15 dəfə artırmaq üçün hansı imkanlardan yararlanacağı erməni ekspertlərin də hələ cavab axtardıqları suallar sırasındadır.

Ola bilər ki, sözügedən “proqram” reallıq hissini itirmiş ermənilərin bir hissəsində yaşadığı səfaləti unudaraq, gələcəyə ümid yarada bilər. Lakin erməni cəmiyyətinin reaksiyasından belə görünür ki, işğalçı ölkə əhalisinin əksəriyyəti mədələrini bu cür xəyallarla “dolduqrmaq” niyyətindən uzaqdır. Onlar yaranmış böhrana görə hesabat tələb etməkdədirlər.

Ona görə də, Paşinyanın qarşıdakı yaxın müddətdə tərdricən küncə sıxışdırılacağı tamamilə realdır.

Paylaş: