C. Okt 18th, 2019

Neft daha da bahalaşacaq: Yeni hücumlar gözlənilir – BƏYANAT

14 sentyabrda Səudiyyə Ərəbistanında dünyanın ən böyük neft emalı zavodlarından birinə dronla hücum edən husilər yeni hücumlarla təhdid edib. 

Turkustan.info xəbər verir ki, artıq təşkilat bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, husilərdə Səudiyyə Ərəbistanının istənilən nöqtəsini vura biləcək silahlar var.

Xatırladaq ki, ABŞ da sözügedən obyektə hücumun İran tərəfindən edildiyini bildirib.

Hadisədən sonra neft bazarında qiymətlər getdikcə bahalaşır. Bəzi ekspertlər bir barelin qiymətinin 100 dollara qədər yüksələcəyini bildirib.   /Cebhe.info/

Paylaş: