Bz. Dek 8th, 2019

Sumqayıt şəhər Diyarşünaslıq klubu Sumqayıtın 70 illik yubileyi münasibətilə tədbir keçirib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubu Sumqayıtın 70 illik yubileyi münasibətilə “Doğma şəhərim” adlı tədbir keçirib.

Sumqayıt şəhər Poeziya evində baş tutan tədbirdə klubun “Günəşim” mahnı qrupunun ifasında “Dostluq” və “Kəndimiz” mahnıları,  klubun gənc solistləri Sabir Məmmədzadə və Çinarə Ağayevanın ifasında xalq və bəstəkar  mahnıları səslənib, klubun özfəaliyyət kollektivinin ifasında Sumqayıta həsr olunmuş şeirləır dinlənilib.

“Alleqro” rəqs qrupunun ifasında təqdim olunan hind rəqsi və şən klounların bir-birindən maraqlı məzhəkələri tədbiri daha da rövnəqləndirib.

Tədbirdə klubun rəsm dərnəyinin üzvlərinin rəsm sərgisi və bacarıqlı əllər dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgisi nümayiş olunub və istedadlı gənclər fəxri fərmanla təltif olunublar.

Sonda “Günəşim” kukla tetarının Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında səhnələşdirdiyi “Tıq-tıq xanım” kukla tamaşası nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin

Mətbuat xidməti

Paylaş: