Bz. Dek 8th, 2019

“12 illik təhsil sisteminə keçid repetitorluğun kökünü kəsəcək” – MİLLƏT VƏKİLİ

“12 illik təhsil sisteminə keçid repetitorluğun kökünü kəsəcək”.

Turkustan.info xəbər verir ki, bunu Redaktor.az-a 12 illik təhsil sisteminin tətbiqiylə bağlı açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva  deyib.

Xanım  millət vəkilinin sözlərinə görə, 12 illik təhsil daha müsbət nəticələr verə bilər:

“Uşaqların məktəbəqədər hazırlığı 12 illik təhsil sisteminə keçidin əsası ola bilər. Hazırda tamamilə bunu 12 illik təhsilin mahiyyəti ilə əlaqəlandirmək olmaz, amma gedişat 12 illik  təhsil sisteminin yaranmasına zəmin verəcək.

Milli adət -ənənələrimizi, dəyərlərimizi qorumaq şərtilə Avropaya inteqrasiya etmək lazımdır. Kurikulum təhsil sistemini də əlavə edib deyə bilərəm ki, yaxşı mənada bu sistemin nəticələri göz qabağındadır və bu sonrakı illərdə də belə də davam edəcək”.

Yaxın vaxtlarda məktəblilərin 12 il oxumağına gəlincə, deputat bildirib ki, vaxtın dəqiq tarixi hələ məlum deyil: 

“Bütün hallarda biz bu istiqamətdə irəliləyirik. Bu, qaldırılarsa, əlbəttə ki qanunvericilikdə də müəyyən dəyişikliklər olacaq. Bizim artıq oturuşmuz təhsil qanunumuz var, müvafiq dəyişikliklər də gözləniləndir.

Paylaş: