C. Okt 18th, 2019

AzTV-nin yeni sədri radioda şura yaratdı, onlara vəzifə verdi – SİYAHI

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb. 

Eyni zamanda aşağıdakı şəxslər yeni şuranın tərkibinə daxil ediliblər:

1. Rəşad Nəsirov – AzTV -nin sədr müavini

2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev – “Səhər” redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir toplanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək. (cebhe.info)

Paylaş: