C. Dek 13th, 2019

Bakıda 80 yaşlı kişi 44 yaşlı qadının boğazını kəsdi

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.
Turkustan.info APA-ya istinadən xəbər verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Belə ki, 1939-cu il təvəllüdlü Səlimov Məzahir Nağı oğlu Nəriman Nərimanov küçəsində yerləşən mənzildə yaşayan 1975-ci il təvəllüdlü Fidan Babayeva ilə mübahisə edib. O, mübahisə zəminində F.Babayevanın boğazına bir neçə bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları M.Səlimovu saxlayıb.

Paylaş: