“Yayılan vidoegörüntülərdən məlumatlıyıq, hadisə sentyabrın 11-də saat 10:30 radələrində Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində baş verib.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-cü il təvəllüdlü Əvəz Abbasova daxilə nüfuz etməyən bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən Saatlı rayon sakini 1985-cü il təvəllüdlü V.Hüseynov tutulub.
Onun barəsində Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə Nərimanov RPİ İstintaq Şöbəsində cinayət işi başlanılıb, ekspertiza təyin olunub”, – deyə qurum rəsmisi bildirib.
E.Hacıyev əlavə edib ki, xəsarət alan şəxsin vəziyyəti qənaətbəxşdir, müalicə olunur:
“Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri davam etdirilir.”