C. Okt 18th, 2019

“İrəli” İB-nin əməkdaşları İspaniyada beynəlxalq layihədə

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, təşkilat gənclərlə iş sahəsində beynəlxalq təcrübənin də öyrənilməsinə geniş yer verir.

“İrəli” İctimai Birliyinin əməkdaşlıq etdiyi “Youth for Exchange and Understanding” təşkilatının İspaniyanın Mollina şəhərində keçirilən “Somewhere under the rainbow” layihəsinin mövzusu gənclərlə iş sahəsində, həmçinin qeyri-formal təhsildə yeni metod və üsulların öyrənilməsi və üzv təşkilatların gənclərlə işləyən şəxslərinə ötürülməsindən ibarətdir. “İrəli” İctimai Birliyi yerli səviyyədə gənclərlə iş, qeyri-formal təhsil metodlarını inkişaf etdirməklə yanaşı, eyni zamanda beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi imkanlarına geniş yer ayırır. Bu layihə daha öncə Belçika və Serbiyada birinci və ikinci mərhələləri təşkil olunan “The Wonderful Wizards of Youth Work” layihəsinin son addımıdır. 10-dan çox ölkənin təmsil olunduğu layihədə “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rahmanlı və Beynalxalq əlaqələr üzrə katibi Diana Seyidova iştirak edirlər. Qeyd edək ki, bu layihə eyni zamanda dünyanın 50-dən çox ölkəsindən iştirakçısı olan Gənclər və İnkişaf Universitetinin nəzdində təşkil olunur. Fəaliyyətə başlamasının 20 ili tamam olan Universitetin builki ana məqsədi gənclərin dünyada sülh və ədaləti yaratmasından ibarətdir.

 

Paylaş: