C. Okt 18th, 2019

UNICEF və BAMF rəhbərliyi Goranboyun icra başçısı ilə müzakirələr aparıb – FOTOLAR

Sentyabrın 16-da BMT-nin Uşaq Fondunun (UNICEF) ölkə üzrə rəhbəri Edvard Karvardin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevlə birlikdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevlə görüşdülər.

Bir saatdan artıq davam edən görüşdə Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) bu zamana qədər olan fəaliyyəti, uğurları, eləcə də, BAMF və UNICEF-in Goranboy rayonunda bundan sonrakı fəaliyyət imkanları haqqında qarşılıqlı müzakirələr aparılıb. Səfər çərçivəsində qonaqlar Azərbaycan Gənclərinə Dəstək Proqramının Məşvərət Şurası üzvləri üçün Goranboy rayon Gənclər Mərkəzində keçirilən Mina Maarifləndirmə təlimi ilə tanış olaraq, gənclərlə söhbət aparıblar.

Qeyd edək ki, Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) hal-hazırda UNICEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Tərtər, Bərdə və Goranboy rayonlarında həyata keçirilir.

Səfər proqramının tərkib hissəsi olaraq, günün ikinci yarısı BMT-nin Uşaq Fondunun (UNICEF) ölkə üzrə rəhbəri cənab Edvard Karvardin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə birlikdə Azərbaycan Gənclərinə Dəstək Proqramının (AYAP) modeli, həmçinin, region gənclərinin bacarıqlarının artırılması üçün nəzərdə tutulan yeni ideyalar və yaxın gələcəkdə bu istiqamətdə baş tutacaq real fəaliyyətlər ətrafında müzakirə aparıblar. (Eurasia Diary)

1

1

1

1

1

1

1

Paylaş: