Bz. Dek 8th, 2019

Jurnalist təşkilatı yeni layihənin icrasına başlayıb

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə yeni layihənin icrasına başlayıb. “Qadınların bələdiyyə seçkilərində fəallığının artırılmasına yardım” adlı layihə Masallı, Xaçmaz və Saatlı rayonlarında həyata keçiriləcək.

JAM sədri Seymur Verdizadə deyib ki, layihənin məqsədi regionlarda yaşayan qadınların bələdiyyə seçkilərilə bağlı maarifləndirilməsi, yerliözünüidarəetmədə iştirakın təbliği, qadınların bələdiyyə seçkilərində aktivliyinin artırılmasına və namizəd kimi prosesə qatılmalarına dəstək verməkdir.

Seymur Verdizadə bildirib ki, layihə çərçivəsində Masallı, Xaçmaz və Saatlı rayonlrında 150 qadının iştirakı ilə təlimlərin keçirilməsi planlaşdırılır: “Təlim zamanı iştirakçılara bələdiyyələrin tarixi, statusu, fuksiyası, Seçki Məcəlləsində bələdiyyə seçkilərinin keçirilməsi qaydaları və s. mövzularda ətraflı məlumat veriləcək”.

Paylaş: