Be. Okt 14th, 2019

Azərbaycanda küçədə vəhşilik – İti belə güllələdilər – VİDEO

Sumqayıt şəhərində iti küçədə güllələyiblər. 

Turkustan.info xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Hadisənin görüntülərini redaksiyamıza göndəriblər. Videodan da, göründüyü kimi maşınla hərəkət edən şəxslər odlu silahla küçədə itlərə atəş açıblar.

Məsələ ilə əlaqədar Sumqayıt sakinləri bildirdilər ki, bu hal bir neçə dəfə baş verib.

Mədinə Məmmədova adlı vətəndaş bildirib ki, həmişə bununla bağlı şikayət ediblər. Lakin Mehman adlı şəxs küçə itlərini güllələməyə davam edir.

Paylaş: