C. Okt 18th, 2019

Bu da son: ermənilər Kəlbəcərdə “bal festivalı” da keçirirlər – VİDEO

Ermənilər işğal altında saxladıqları Kəlbəcər rayonunda daha bir tədbir keçirməklə səbrimizə növbəti dəfə dağ basıblar.

Turkustan.info-nun  məlumatına görə, sentybarın 14-də Kəlbəcər rayonunda “bal festivalı” keçirən ermənilər bunu bütün dünyaya nümayiş etdiriblər.

“Festivalda” Dağlıq Qarabağ separatçılarının rəhbəri Bako Saakyan da iştirak edib.

“Festivalda” Qarabağın işğal altında olan rayonlarından toplanmış məhsullar sərgilənib. Hətta Ermənistan da da tədbirə qatılanların olduğu bildirilir.

Qeyd edək ki, ermənilər Kəlbəcər rayonun adını Karvaçar adlandırırlar.

/Modern.az/

Paylaş: