C. Dek 6th, 2019

“İrəli” üzvləri Beynəlxalq layihədə iştirak edir

“İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində “İrəli” İB-nin 7 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.

Layihənin mövzusuqadınlara qarşızorakılıq, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yolunun tapılmasıdır.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar zorakılığa qarşı təbliğatyönümlü layihələr haqqında müzakirələr aparıb, bu mövzuda qısametrajlı filmlər hazırlayıblar.

“İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanımilli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı, layihə iştirakçılarına tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər.Mübadilə proqramında 5 ölkə – Azərbaycan, Türkiyə, Latvia, Gürcüstan və Portuqaliya iştirak edir.

Paylaş: