Ça. Okt 22nd, 2019

NATO və Avropa İttifaqının ən böyük tarixi səhvi – Qəddafi haqqında ŞOK SÖZLƏR

“Liviyada Qəddafi rejiminin devrilməsi Avropa İttifaqı və NATO-nun ən böyük səhvidir”.

Turkustan.info xəbər verir ki, bunu TASS-a Çin Xalq Respublikasının Afrika məsələləri üzrə ilk xüsusi nümayəndəsi, “Tayxe” Analitik Mərkəzinin eksperti Lyu Quytzin deyib.

Eskpert Müəmmər Qəddafini ədalətli siyasi mövqe müdafiə edən bir siyasi xadim adlandırıb: “Aİ ölkələri NATO-nun dəstəyi ilə Liviyada “ərəb baharı”nın tərəfdarı olmaqla və ölkə lideri Muammer Qəddafinin vəhşicəsinə sui-qəsdini təbliğ etməklə ağır bir səhvə yol verdilər. Qəddafiyə ədalətli siyasi xadim idi. Bu liderlə Liviyada müxtəlif problemlər yaşandı, ancaq Liviya xalqı heç ac qalmadı, yaxşı və sakit bir həyat keçirdi. Qərb Liviya müxalifətini dəstəkləyərək Qəddafini bəyənmədi və onu hakimiyyətdə görmək istəmədi.

Nəticədə Liviya müharibə və qanlı xaosa hələ də ev sahibliyi edir. Bu da Avropaya qaçqınların kütləvi axınına səbəb olmaq kimi böyük problemlər yaradır.

Lyu Qyutzinin sözlərinə görə, Qəddafi müsbət keyfiyyətlərlə yanaşı, bir sıra fərqli cəhətlərə də sahib idi: “O, özünü Afrikanın patronu hesab edirdi və onun fikrini hər zaman dinləməyi, ona xüsusi hörmət göstərməyin lazım olduğunu söyləyirdi. Əslində, Liviya qitədə heç vaxt bu qədər güclü olmamışdı. Qəddafi çoxqütblü və çox vaxt gözlənilməz addımlar atan bir insan idi. Bu da onun günahı oldu”.

Avropa İttifaqı qaçqınların kütləvi axınına öz töhfəsini verdi və indi bu problemi həll etmək məcburiyyətindədir.

1969-cu ildə monarxiya quruluşunu devirərək “Üçüncü dünya nəzəriyyəsini” (Cəmahiriyyə) irəli sürən və fikirlərini üç hissədən ibarət “Yaşıl kitab”da ifadə edən Qəddafi NATO-nun köməyilə üsyançılar tərəfindən 2011-ci ildə Sirt şəhərində vəhşicəsinə öldürülüb.   /Publika.az/

Paylaş: