C. Okt 18th, 2019

Putin Paşinyanın bu xahişini RƏDD ETDİ

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ikitərəfli görüş təklifini rədd edib.
Bu barədə “168 jam” saytı yazıb.

Saytın məlumatına görə, Putin Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək toplantısında iştirak etmək üçün Ermənistana gələcək.
“Lakin Rusiya prezidenti İrəvanda qalmayacaq, yalnız bir neçə saatlıq səfər edəcək və toplantıdan sonra qayıdacaq. Məlumatlara görə, o, hətta rəsmi şam yeməyində də iştirak etməyəcək. Ermənistan tərəfi Paşinyanla Putinin ikitərəfli görüşü haqda xahiş edib, lakin Putin bu xahişi rədd edib”, – sayt yazır. (publika.az)

Paylaş: