Ça. Okt 22nd, 2019

“Türkiyədən Azərbaycan vətəndaşları kütləvi deportasiya edilmir” – Erkan Özoral

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının, xüsusən də Naxçıvan Muxtar Respublikasının vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbərinə münasibət bildirib.

Turkustan.info-nun “Report”a istinadla məlumatına görə, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:

“Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib”.

Paylaş: