C. Okt 18th, 2019

Gömrük Komitəsindən Bakıda satılan “erməni məhsulu” haqda AÇIQLAMA – FOTO

Facebook sosisal şəbəkəsində paylaşılan bir şəkil geniş müzakirəyə səbəb olub. Belə ki, jurnalist Xalid Kazımlı Bakıda erməni istehsalı olan peçenyenin satılması haqda məlumat yayıb. “Choco Pie” adlanan peçenyenin “Bazarstor”da satıldığı qeyd olunub.
Şirniyyatı Bakıya “Nant” firmasının gətirdiyi bildirilib.
Maraqlıdır, üzərində erməni dilində yazı olan məhsul Azərbaycana necə gətirilib?

Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin rəhbəri Natiq Axundov Modern.az-abildirib ki, belə hal mümkün deyil:

“Ermənistanla bizim aramızda hər hansı ticarət mübadiləsi yoxdur, belə hal ola bilməz”.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə hansısa məhsulun üzərində erməni dilində yazının olmasının normal hal sayır.

“Nazirlər Kabinetinin  95 saylı qərarına, “Yeyinti məhsulları haqqında” Qanuna görə, ölkənin əmtəə bazarında satılan bütün mallar xarici dillə yanaşı, Azərbaycan dilində markalanmalıdır. Mümkündür ki,  hər hansı məhsulun üzərində erməni dilində məlumat olsun.  Bu, qanuna zidd deyil, normal haldır. Lakin Azərbaycan dilində olmayıb,  yalnız erməni dilində yazının olması qanunaziddir. Hətta burada ehtimal olunar ki, bu mal Ermənistana göndərilməli imiş, Azərbaycana gətirilib. Təəssüf olsun ki, ölkədə məhsulların 80 fazinin markalanması qanuna ziddir”.

Paylaş: