Bz. Okt 13th, 2019

Prezidentin yüksək vəzifəyə təyin etdiyi Mehriban İmanova kimdir? – Maraqlı DOSYE + FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mehriban İmanovanın Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Turkustan.info xəbər verir ki, Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edilən Mehriban Natiq qızı İmanova riyaziyyat üzrə fəlsəfə doktorudur.
Mehriban İmanova Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı – professor Mehdiyeva Qalina Yuryevnanın müdir olduğu Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının dosentidir.
Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Bakı şəhəri 236 saylı orta məktəbdə oxuyub.
1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olub və 1999-cu ildə oranı bitirib.
1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin  magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib.
2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub.
2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlayıb.
2010-ci ildə namizədlik dissertasiya işini  müdafiə edərək  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.



/Yeniavaz.com/

Paylaş: