Ça. Okt 22nd, 2019

Rusiya S 400-ün sınaq atışlarının görüntüsünü paylaşdı – VİDEO

Dünyada ən güclü hava hücumundan müdafiə sistemlərindən sayılan S 400-ün hədəfə göndərilmə anının videosu yayımlanıb.
Turkustan.info xarici KİV-ə istinadla xəbər verir ki, son günlərdə dünya gündəmindən düşməyən Rusiya istehsalı S 400 adlı hava hücumundan müdafiə sisteminin sınaq atışları maraqla qarşılanıb. Xüsusilə Türkiyə tərəfindən satın alındıqdan sonra bütün dünyada məşhurlaşan S 400, hava hücumu ilə həyata keçirilən istənilən təxribatın qarşısını almaq gücünə sahibdir. Bəhs edilən müdafiə sistemini 2020-ci ildə Hindistanın da satın alacağı gözlənilir. Hindistan 5 ədəd S 400 hava hücumundan müdafiə sistemlərinə 5.43 milyard dollar pul ödəyəcək.

/Yeniavaz.com/

Paylaş: