C. Okt 18th, 2019

Tonoyan etiraf etdi: “Ermənistanda çoxlu azərbaycanlı əsir var”

“Ermənistanda da çoxlu azərbaycanlı əsir var”.
Turkustan.info erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu bu gün Ermənistan Müdafiə naziri Davit Tonoyan livanlı həmkarı Eilas Bu Saab ilə jurnalistlərə açıqlamasında bildirib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin Karen Kazaryan və Araik Kazaryanla mübadilə edilməsinə Azərbaycan tərəfinin hazır olması barədə Dövlət Komissiyasının növbəti dəfə aidiyyəti beynəlxalq təşkilatlara rəsmi məlumat verməsi barədə məlumata toxunan Tonoyan qeyd edib ki, onlar Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə bu məsələni müzakirə edirlər və heç nə istisna edilmir.

Azərbaycanda üçüncü bir erməni əsirin olması ilə bağlı səsləndirilən absurd fikirlərə isə Davit Tonoyan belə cavab verib: “Bizdə də çoxlu azərbaycanlı əsir var”.    /Ordu.az/

Paylaş: