C. Okt 18th, 2019

Vəsiqəsini girov qoyduğu deyilən deputat: “Mən özüm…”

Mən özüm təkzib açıqlaması yayacağam. Ona görə bu mövzuda danışmaq niyyətim yoxdur.

Turkustan.info xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rəfail Cəbrayılov Teleqraf.com-a deyib.

Deputat bildirib ki, ona qarşı kampaniya aparılır və yazılanlar əsassızdır.

Xatırladaq ki, mətbuatda Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi haqda xəbər yayılıb.

Xəbərdə deputatın 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc aldığı və borcu vaxtında ödəyə bilmədiyi iddia edilib. Əlavə olunub ki, deputat borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub.

Paylaş: