Ça. Okt 22nd, 2019

“61 yaşlı Əjdər Olun Yazıçılar Birliyinin sturukturuna gətirilməsi də kadr islahatı deyil” – AÇIQLAMA

Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu AYB-dəki son islahatdan danışıb.

Şair açıqlamasında  AYB rəhbərliyini, strukturu  fəaliyyətini məhdudlaşdırmaqda qınayıb:

“Bilirsiniz, biz bu gün Yazıçılar Birliyinin çox köklü problemlərindən danışdığımız halda və bu problemlərin mənbəyi kimi oradakı idarəçiliyi, eyni zamanda həmin idarəçilikdəki yeniləşmənin, dinamikliyin olmadığını göstərdiyimiz halda AYB rəhbərliyi necə deyərlər yenə də öz ənənəsinə sadiq qalır. Deyə bilərsiniz, hansı ənənə? Dəfələrlə demişəm, bir daha da deyirəm, Yazıçılar Birliyi ölkədə aparılan gənclər siyasətini və kadr islahatlarını özündə tamamilə əks etdirmir. Bax, həmin bu ənənəyə! Heç bu gün 61 yaşlı Əjdər Olun Yazıçılar Birliyinin sturukturuna gətirilməsi də kadr islahatı deyil, sadəcə formal olaraq bir deyuri təyinatdı. Belə deyək ki, əgər Nazim İbrahimov dünyadan köçməsəydi, Əjdər Ol da heç o sturuktura gətirilməyəcəkdir. Bu səpkili təyinatları AYB-də çox göstərmək olar. Acınacaqlı da olsa deməliyəm ki, məhz bu kimi addımların sayəsində AYB-nin real fəaliyyəti daha da məhdudlaşır. Bir azdan ədəbi tədbirlər, müzakirələr, görüşlər də kağız üzərində keçiriləcək.

Mən heç Əjdər Oldan tutduğu postda heç bir yenilik gözləmirəm də. Çünki dediyim kimi formaldı. Əjdər Olun ən böyük işi o ola bilərdi ki, ona bu post təklif olunanda imtina edib, üzünü gəncliyə tutardı.

Mən bu kimi təyinatı sadəcə mətbuat üçün, ictimaiyyət üçün yeni xəbər hesab edirəm, nəticəsi effektli olacaq yeni bir addım yox!”

 Dilarə Sabir

Paylaş: