Ç. Dek 11th, 2019

ADU-nun tələbələrinə ŞAD XƏBƏR: 10 nəfər xüsusi təqaüd alacaq

Azərbaycan Dillər Universiteti daha 10 tələbəni təqaüdlə təmin edəcək.

Turkustan.info xəbər verir ki, bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat yayıb.

THİK sədri bildirib ki, “MTV Azərbaycan” kanalı ADU-da təhsil alan, həmçinin incəsənət sahəsində uğurlu fəaliyyəti ilə seçilən, xüsusilə də maddi durumu çox aşağı olan 10 tələbəyə aylıq 50 manat təqaüd verəcək.

Təqaüd alacaq tələbələr ADU THİK-in İdarə Heyəti tərəfindən təsdiqlənəcək.

Qeyd edək ki, ADU maddi imkanı aşağı olan onlarla tələbələsinə müxtəlif mənbələrdən təqaüd almasına yardımçı olur.   /publika.az/

Paylaş: