Ça. Okt 22nd, 2019

Azərbaycanda kütləvi dava: tərəfləri ayıran kişinin qulağını kəsdilər

Şamaxıda kütləvi dava olub. 
Hadisə gecə saatlarında rayonun Sabir qəsəbəsində qeydə alınıb. 
Mübahisə zamanı bir qrup şəxs arasında düşən davada qəsəbə sakini, 1976-cı il təvəllüdlü Əzimov Cavanşir Əlməmməd oğlu bıçaqlanıb. C.Əzimov tərəfləri ayrımağa çalışarkən bıçaq zərbəsi onun üzündən qulağınadək olan hissəsi kəsilib. 
O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdilib. Vəziyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır. (oxu.az)

Paylaş: