Şb. Okt 19th, 2019

Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!”

2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, daha sonra 4 il Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Musayev məmurlara çağırış edib.

Turkustan.info-nun məlumatına görə, M.Musayev bildirib ki, bu gün müxalifətə üz tutub gedənlər müxalifəti istəyənlər deyil, sadəcə olaraq iqtidardan incik olanlardır:

“Çalışmaq lazımdır ki, vətəndaşlarımızı incik salmayaq, onların ağrı-acısına şərik olaq, mərdi qova-qova namərd etməyək. Hörmətli dövlət məmurları, xalqın xidmətində durmaq gərəkdir, şəxsi mənafeyinizi kənara qoyub, millətə və dövlətə xidmət edin! Bu, sizin vətəndaşlıq və vəzifə borcunuzdur!…”.   /Modern.az/

Paylaş: